“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər | Banco.az

“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər

Sentyabrın 18-də “Bank of Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə bankdan bildirilib. Məlumata görə, yığıncağın gündəliyinə subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasına dair məsələ daxil edilib.

    Gündəlikdə həmçinin digər məsələlər də müzakirə ediləcək.

    apa