Müəllif - Aida İsaq, Banco.az
Müasir dövrdə banklar tərəfindən tətbiq olunan texnoloji yeniliklər həyatımızı daha da asanlaşdırır. Belə ki, müxtəlif mağazalarda, obyektlərdə ödəniş üsulunun sadələşdirilərək təmassız versiyaya keçid olunması eləcədə fərqli kəşbək kampaniyaları bank kartlarına olan marağı da artırıb. Bununla yanaşı bank kartları ilə dələduzluq hallarının çoxalması da gündəmdədir. İnsanlar maddi durumunun qənaətbəxş olmaması və ya digər səbəblərdən dolayı bu yola əl atır.
Banco.az bank kartlarınızdakı məbləği qorumaq üçün faydalı məsləhətlər toplusunu təqdim edir
- Müxtəlif terminallardan istifadə edərkən yaxud pulun ATM-dən çəkilməsi zamanı kartlarınızı tanımadığınız insanlara etibar etməkdən uzaq durun.
- Onlayn ödənişlər zamanı müxtəlif satıcılara bank kartlarınızın şəklini göndərmək məsləhətli deyil.
- Bank kartlarının arxa tərəfində olan üç rəqəmli kodu vacib olmadığı təqdirdə heç kimlə bölüşməyin.
- Onlayn alış-veriş zamanı real alıcı sayıtlarına daxil olduğunuzdan əmin olun. Bəzən kibercinayətkarlar məşhur brendlərin adlarına bənzər onlayn mağazalar açaraq alıcıları aldadırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!