Azərbaycanda avqustda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb | Banco.az

Azərbaycanda avqustda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin avqust ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 29,27 faiz payla "YouTube" olub. 

Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 

İkinci yerdə 27,65 faiz göstərici ilə "Facebook", üçüncü yerdə isə 13,62 faiz göstərici ilə "Instagram" qərarlaşıb.

"X" istifadəçilərinin fəallığı ötən ay 11,74 faizə bərabər olub.

"LinkedIn"in payı 7,22 faiz, “Pinterest” sosial şəbəkəsinin payı 5,76 faiz, "Reddit" payı isə 4,43 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram