Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb | Banco.az

Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2024-cü ilin yanvar-avqust aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 351 milyon 793 min dollar təşkil edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 49 milyon 689 min dollar və ya 12.4% azdır. 

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.76%-ni təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Azərbaycan 401 milyon 482 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et