Az büdcə ilə ayın sonuna qədər necə dolanmaq olar? | Banco.az

Az büdcə ilə ayın sonuna qədər necə dolanmaq olar?

Tamara Mustafayeva, Banco.az

Bəzən elə hallar olur ki, insanların bir çoxu pullarını hara xərclədiklərini bilmirlər. Bank hesabını yoxladığınız zaman düşündüyünüzdən az məbləğin qaldığını gördüyünüz, pul kisəsini açdığınız zaman nağd pullarınızın sanki “qeyb olduğunu” anladığınız, elə o andaca “güman ki, pulum yolda düşüb!” dediyiniz hallarla inanırıq ki, çox qarşılaşmısınız. Belə vaxtlarda dəqiqliklə xərclərinizi hesabladığınız zaman, əslində pulunuzun itmədiyini, sadəcə olaraq həddindən artıq xərclədiyinizi başa düşürsünüz.

Siz də ayın əvvəlində əlinizə keçən pulu qeyri-iradi şəkildə xərcləyib ayın sonu çatdığı zaman “müflis olduğunuzu” düşünənlərdənsinizsə və ya əlinizdəki pulu daha planlı şəkildə necə xərcləyəcəyinizi bilmək istəyirsinizsə, bügünkü məqaləmizi mütləq oxuyun.

1. Yolun başında olsanız da, sonunu mütləq düşünün.

50 Euro Banknote Beside Black Calculator

Ayın əvvəlində kral, iki həftə sonra vəzir, son iki həftə ərzində isə piyada kimi hiss edənlərdənsinizsə, bu maddə məhz sizi üçün nəzərdə tutulub. İlk olaraq maaşınızı aldığınız zaman ayın son həftəsi üçün mütləq müəyyən məbləğdə pul ayırın və əsasən göz önündə olmayan, tez-tez açıb baxmadığınız bir yerə qoyun, hətta bacarırsınızsa, belə bir pulunuzun olduğunu unudun. Beləliklə də, ayın sonu çatdıqda dostlarınızla görüşləri təxirə salmalı, ürəyiniz istədiyi yerdə nahar etmək və ya ehtiyacınız olan hər hansı bir şeyi almaq fikrindən daşınmalı olmayacaqsınız.

2. Əlinizdəki pulu müəyyən hissələrə bölün.

Person Counting Money With Smartphones in Front on Desk

Hər kəs əlinə keçən pulu fərqli şəkildə xərcləyir, ancaq çoxumuz maaşımızı aldığımız ilk günlərdə özümüzü dünyanın ən varlı insanı hesab edirik. O ilk həftə ərzində etdiyimiz alış-verişlər, iştirak etdiyimiz məclislər təbii ki, hər kəsin ən sevdiyi məqamlardır. Bəs, bank hesabını və ya pul kisəsini yoxlamalı olduğunuz o məqam necə? Məhz bu anda məyus olmamaq üçün isə sizə möhtəşəm bir tövsiyəmiz var: əlinizdəki pulu müəyyən hissələrə bölün.

Ən sərfəli kredit üçün müraciət et

Tutaq ki, bu gün maaşı aldığınız ilk gündür və pulunuzu bir ay ərzində məhsuldar şəkildə xərcləmək istəyirsiniz. Elə isə maaşınızı bir aydakı dörd həftəyə müvafiq olaraq bölə bilərsiniz. Bu üsulu tətbiq edərkən isə bir məqama diqqət yetirməlisiniz ki, hər həftə üçün nəzərdə tutduğunuz puldan daha çox xərcləməyəsiniz.

3. Lazımsız alış-verişlərə son verin.

Woman Holding Card While Operating Silver Laptop

Bu maddəni tətbiq etmək üçün ilk olaraq özünüzə “Nəyə ehtiyacım var” sualını ünvanlayıb bir siyahı hazırlayın. Bu siyahı həm məişət, həm də şəxsi ehtiyaclarınızı əhatə etsin. Daha sonra isə “Siyahıdakılardan hansına həqiqətən ehtiyacım var” deyə növbəti sualı ünvanlayın və siyahıya bir də nəzər salıb əslində ehtiyacınız olmayan maddələri çıxarın.

Həqiqətən ehtiyacınız olan şeyləri dəqiqləşdirdikdən sonra maaşınızın ilk günündə bu ehtiyacları tədarük edin, sonra isə qalan pulu yuxarıda qeyd etdiyimiz kimi müəyyən hissələrə bölün.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram