AccessBank-ın kredit portfeli 47 milyon manatdan çox artıb | Banco.az

AccessBank-ın kredit portfeli 47 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank-ın kredit portfeli 30 iyun 2026-cı il tarixinə 1 milyard 381 milyon 387 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 47 milyon 188 min manat və ya 3,5% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 311 milyon 447 min manat, biznes kreditləri portfeli 1 milyard 42 milyon 140 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 27 milyon 800 min manat təşkil edib. 

Bunlar 2025-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 22 milyon 278 min manat və ya 7,7%, 19 milyon 270 min manat və ya 1,9%, 5 milyon 640 min manat və ya 25,5% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram