ABŞ-ın xarici ticarət kəsiri 19 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

ABŞ-ın xarici ticarət kəsiri 19 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın xarici ticarət kəsiri 19 ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı may ayı üzrə xarici ticarət məlumatlarına görə, ölkənin xarici ticarət kəsiri artıb.

Məlumatlar göstərir ki, xarici ticarət kəsiri may ayında əvvəlki ayla müqayisədə 0,8 faiz artaraq 75,1 milyard dollara çatıb. Bazar proqnozları bu dövrdə xarici ticarət kəsirinin 76,3 milyard dollar olacağı istiqamətində idi.

Bu dövrdə ABŞ-ın 2022-ci ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə çatan xarici ticarət kəsiri aprel ayında 74,5 milyard dollar idi.

Qeyd edilir ki, may ayında ölkənin ixracı 0,7 faiz azalaraq 261,7 milyard dollar, idxalı isə 0,3 faiz azalaraq 336,7 milyard dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə ABŞ-ın münasibətlərinin həssas olduğu Çinə qarşı xarici ticarət kəsiri artıb. Ölkənin Çinlə ticarət kəsiri may ayında əvvəlki aya nəzərən 8,6 faraiz taraq 23,9 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et