Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Konqresinin Büdcə İdarəsi (CBO) İrana qarşı həyata keçirilən hərbi əməliyyatların Pentaqona təxminən 38 milyard dollara başa gəldiyini açıqlayıb.
Banco.az xəbər verir ki, CBO fevral ayının sonunda başlayan “Epik Qəzəb” əməliyyatının ABŞ-a maliyyə və iqtisadi təsirlərini araşdırıb.
CBO-nun hesabatına görə, avqustun 1-nə qədər İranla münaqişə çərçivəsində ABŞ-ın hərbi əməliyyat xərcləri təxminən 38 milyard dollar təşkil edib.
Bu xərclərə istifadə olunan sursatların yenilənməsi, məhv edilən hərbi texnikanın əvəzlənməsi, hərbi təyyarələrin uçuş saatlarının artması, sahə əməliyyatları və yanacaq xərcləri daxildir.
Hesabatda bildirilir ki, əməliyyatlar nəticəsində ABŞ-ın silah və sursat ehtiyatları azalıb və bu ehtiyatların əvvəlki səviyyəyə çatdırılması bir neçə il çəkə bilər.
CBO hesab edir ki, ehtiyatların azalması, xüsusilə Çin kimi böyük ballistik və qanadlı raket arsenalına malik ölkələrlə mümkün gələcək qarşıdurmalar zamanı ABŞ üçün əlavə təhlükəsizlik riski yarada bilər.
