Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (FED) daha sərt pul siyasəti yürüdəcəyinə dair gözləntilərin artması "Citi" bankının qızıl investisiyalarını azaltmasına səbəb olub.
Banco.az xəbər verir ki, bank portfelindəki qızıl mövqelərinin həcmini və ümumi aktivlərdə qızılın payını aşağı salıb.
"Citi" daha əvvəl FED-in yumşaq pul siyasəti yürüdəcəyini və ABŞ Xəzinədarlıq Departamentinin istiqrazların geri alınması proqramını elan edəcəyini gözləyərək qızıl mövqelərini artırmışdı. Bank bu addımların qızıl qiymətlərinə müsbət təsir göstərəcəyini proqnozlaşdırırdı.
Lakin Cekson-Houl simpoziumundan sonra FED-in faiz siyasəti ilə bağlı gözləntilər dəyişib. Eyni zamanda enerji qiymətlərinin yüksəlməsi də bankın qızıl üzrə investisiya mövqeyinə yenidən baxmasına səbəb olub.
"Citi" iqtisadçıları FED-in hazırkı mərhələdə faiz dərəcələrini artıracağını gözləyirlər.
Bankın qiymətləndirməsinə görə, ABŞ-da faiz dərəcələrinin gələcək istiqaməti qızıl mövqelərinin azaldılması qərarında əsas amillərdən biri olub.
