NIKOIL | Bank-ın əsas səhmdarı "TOPAZ İNVESTMENTS" QSC Bankın 60 mln. AZN dəyərində olan səhmlərinin yeni emissiyasının birinci hissəsini bütövlüklə alıb. Bu səhmlər cari ilin 30 sentyabr tarixində Bakı Fond Birjasında yerləşdirilmişdir. Beləliklə, NIKOIL | Bank-ın nizamnamə kapitalının artırılmasının birinci mərhələsi başa çatdı. Bunun nəticəsi olaraqNIKOIL | Bank-ın nizamnamə kapitalı 94 mln. 500 min AZN təşkil edir.
90 mln. AZN civarında ikinci tranş, kapitalın 184 mln. 500 min AZN miqdarında artırılmasını nəzərdə tutur. Bu qərar 21 sentyabr 2016-cı il tarixində keçirilən Səhmdarların Ümumi Yığıncağında qəbul olunmuşdur. Bankın majoritar səhmdarı lazımi vəsaitləri banka yerləşdirib və hal-hazırda səhmlərin birja vasitəsilə emissiyası üzərində işlər həyata keçirilir.
Beləliklə, NIKOIL | Bank-ın səhmləri səhmdarlar arasında aşağıdakı şəkildə bölüşdürülüb:
"TOPAZ İNVESTMENTS" QSC - 84,08%
"NİKOİL" QSC - 15,55%
"ISR Holding" MMC - 0,37%
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil