Dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayan mikro, kiçik və orta həcmli biznesə dəstək olmaq məqsədi ilə “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı sahibkarlara təklif etdiyi kredit məhsulları barədə geniş məlumatlandırma aksiyasına başlayıb. Şamaxıda təşkil olunan tədbirdə Təşkilat müştərilərə təklif olunan mövcud əlverişli kredit şərtləri barədə geniş məlumatlar paylaşıb və maliyyəyə ehtiyac duyan sahibkarlara həm yerli, həm də xarici valyutada kredit təklif olunması diqqətə çatdırılıb.
Hazırda 65-dən çox filial şəbəkəsinə malik “FINCA Azerbaijan” fəaliyyətinin 85 faizini regionlarda cəmləşdirib. Rayon və kənd yerlərində maliyyə xidmətlərinin hər kəs üçün əlçatan olmasını təmin etmək məqsədi ilə Təşkilat kənd təsərrüfatı da daxil olmaqla kiçik biznes sahiblərinin gəlirlərini artırması və yeni iş yerləri yarada bilmələri üçün onlara müxtəlif kredit məhsulları təklif edir.
Şamaxıda keçirilən məlumatlandırma aksiyasına kiçik biznes sahibləri, eləcə də rayon ərazisində yaşayan sakinlər böyük maraq göstərib və FINCA-nın təklif etdiyi kredit məhsulları barədə geniş məlumat əldə etməyə çalışıblar. Təşkilatın peşəkar mütəxəssisləri hər bir müştərinin kredit məhsulu barədə olan suallarını diqqətlə dinləmiş və biznesin inkişafı üçün ehtiyac duyulan maliyyənin əlverişli kredit şərtlər ilə əldə olunması yolları barədə geniş məlumat vermişdir.
“FINCA Azerbaijan” ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsində mikro, kiçik və orta həcmli biznesin aparıcı rolunu xüsusi ilə vurğulayır və missiyasına uyğun olaraq fəaliyyət strategiyasını kiçik sahibkarların maliyyəyə olan ehtiyaclarını qarşılanması istiqamətində inkişaf etdirir. “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ölkədə fəaliyyət göstərən aparıcı mikromaliyyə müəssisəsi olaraq təsis edildiyi 1998-ci ildən bəri bir milyondan artıq müştəriyə kredit vermişdir.