“DəmirBank” sahibkarlara sərfəli biznes kreditləri təklif edir | Banco.az

“DəmirBank” sahibkarlara sərfəli biznes kreditləri təklif edir

“DəmirBank” sahibkarlığın inkişafı üçün sahibkarlara sərfəli şərtlərlə biznes kreditləri təklif edir. Belə ki, sahibkarlar Bank-ın istənilən filialına müraciət etməklə 100 min AZN-dək məbləğdə mikro və kiçik kreditlərdən yararlana bilərlər.

Qeyd edək ki, müddəti 36 ayadək olan mikro və kiçik kreditlərin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ən sərfəli krediti almaq üçün müraciət et