Ölkələr haqqında maraqlı faktlar: Meksika | Banco.az

Ölkələr haqqında maraqlı faktlar: Meksika

Müəllif: Gülnar Əhmədli, Banco.az

Meksika tarixi, mədəni zənginliyi və coğrafi müxtəlifliyi ilə dünyanın ən füsunkar ölkələrindən biridir. Aztek əfsanələrindən tutmuş müasir dövrün sənaye nailiyyətlərinə qədər uzanan hekayəsi ilə bu torpaqlar hər küncdə keçmişin izlərini daşıyır. Meksikanın bayrağındakı simvoldan tutmuş dünyanın ən böyük piramidasının bu ölkədə olmasına qədər bir çox maraqlı detallar Meksikanın həm keçmişdə, həm də bu gün nə qədər əhəmiyyətli bir yer olduğunu ortaya qoyur. Dünyanın ən böyük avokado istehsalçısı olmaqdan tutmuş rəngarəng festivallarına qədər Meksika hələ də tam kəşf edilməyən sürprizlərlə doludur. Meksika haqqında daha əvvəl eşitmədiyiniz 20 maraqlı faktı sizə təqdim edirik.

1. Meksika bayrağındakı simvol Aztek əfsanəsinə əsaslanır. Bu rəvayətə görə, tanrılar azteklərə şəhərlərini qurmaq üçün ideal yerin bir qartalın kaktusun üzərinə qonaraq ilanları yediyi yer olacağını söyləyirlər.

2. Dünyanın ən böyük avokado istehsalçısı olan Meksika 2017-ci ildən 2023-cü ilə qədər hər il 2,2 milyon tondan çox avokado istehsal edib.

3. Meksikada hər il 5000-ə yaxın festival keçirilir. Bu festivallardan bəziləri "Vive Latino", "Cervantino" və "Corona Capital" festivallarıdır.

4. Dünyanın ən böyük piramidası Meksikadakı Çolula piramidasıdır

5. 2024-cü ilə olan məlumata görə, Mexiko 21,6 milyon əhalisi ilə dünyanın ən sıx beşinci şəhəridir.

6. Meksikanın paytaxtı Mexiko şəhəri Aztek İmperiyasının paytaxtı Tenoktitlan şəhərinin xarabalıqları üzərində qurulub.

7. Meksika 125 milyondan çox insanla dünyanın ən böyük ispandilli əhalisinə malikdir.

8. Meksikanın Sonora əyalətində uşaqların adlarına görə zorakılığa məruz qalmaması üçün bəzi adlar qadağan edilib. Qadağan olunmuş adlar arasında Ceyms Bond, İmeyl, Robokop, Betmen və Hermiona kimi adlar var.

9. Meksika 1.972.550 kvadrat km ərazisi ilə dünyanın 13-cü ən böyük ölkəsidir.

10. Güləş növü olan "Lucha libre" ölkədə futboldan sonra ikinci ən populyar idman növüdür.

Ən sərfəli kredit üçün müraciət et

11. 1821-ci ildə Agustin de Iturbide tərəfindən Birinci Meksika İmperiyası qurulub. Bu, Meksika haqqında ən maraqlı faktlardan biridir. Çünki çoxumuzun Meksika dedikdə ağlımıza imperiya gəlmir. Yuxarıda qeyd etdiyimiz bu idarə cəmi iki il davam edib. Çünki sonra ölkə respublika idarəetmə formasına keçib.

12. Meksikanın ikinci və sonuncu imperatoru 1864-1867-ci illərdə hakimiyyətdə olmuş I Maksimilian olmuşdur. Bu dövrdə Meksika III Napoleon və fransız qoşunlarının dəstəyi ilə idarə olunurdu.

13. Meksika iki dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edən azsaylı ölkələrdən biridir. Birincisi 1970-ci ildə, ikincisi isə 1986-cı ildə.

14. Kakao bitkisi ilk dəfə Mezoamerikada Mayyalılar və Azteklər tərəfindən kəşf edilmişdir. Bu qədim sivilizasiyalar kakaonu həm dərman məqsədləri üçün, həm də öz rituallarında istifadə edirdilər.

15. Olmek xalqı kakao bitkisini qızardıb üyüdərək şokolad edən ilk insanlar hesab olunur. Bu hadisə isə eradan əvvəl 1500-cü illərə aiddir.

16. 1938-ci ildə Meksika hökuməti xarici neft şirkətləri üzərində nəzarəti ələ keçirərək "Pemex"i (Petróleos Mexicanos) yaratdı və ölkənin neft sənayesini idarə etməyə başladı.

17. 1521-ci ildə İspaniya Meksikanı müstəmləkə etdikdən sonra onların ənənəvi yeməyi olan takoya mal əti, donuz əti və pendir kimi yeni maddələr əlavə edildi. Bu tarixdən əvvəl tako əsasən lobya, balıq və həşəratlardan ibarət idi.

18. Meksikada ən çox yayılmış xurafatlardan biri gecə xoruz banlayanda kiminsə həyatını itirəcəyinə inanmaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram