Müəllif: Tamara Mustafayeva, Banco.az
İtalyanın “UniCredit” bankı Almaniyanın “Commerzbank”dakı payını artırıb.
Banco.az xəbər verir ki, “UniCredit” “Commerzbank”ın səhmlərinin 11,5 faizini əldə edib.
Xatırladaq ki, “UniCredit” daha əvvəl alman rəqibinin səhmlərinin 9 faizini almış və payını artırmaq üçün tənzimləyicilərə müraciət edəcəyini bildirmişdi.
Beləliklə, italyan bank “Commerzbank”ın ümumilikdə təxminən 21 faiz səhminə sahibdir.
“UniCredit” bəyanatında müqavilənin lazımi razılıqlar alındıqdan sonra həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, 42 min işçisi və 800 filialı olan “Commerzbank” 2008-ci ilin qlobal maliyyə böhranından sonra milyardlarla avro itirib və 18,20 milyard avro dövlət yardımı almalı olub. “UniCredit” tərəfindən alınmasından əvvəl Almaniya dövləti “Commerzbank”da 16,5 faiz paya sahib idi.
Bizi sosial şəbəkələrdən izləyin!!