Bu ilin 8 ayında Azərbaycanın ət idxalı 33% artıb | Banco.az

Bu ilin 8 ayında Azərbaycanın ət idxalı 33% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 78 milyon 899 min ABŞ dolları dəyərində 35 min 526 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 32,9%, dəyəri isə 49,5% və ya 26 milyon 122 min dollar artıb.

Belə ki, ötən ilin yanvar-avqust aylarıda Azərbaycana 52 milyon 777 min dollar dəyərində 26 min 723 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,62%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et