“Bank Standard”-ın ipoteka portfelinin bir hissəsi “NBCBank” ASC-yə ötürüldü | Banco.az

“Bank Standard”-ın ipoteka portfelinin bir hissəsi “NBCBank” ASC-yə ötürüldü

03.10.2016-cı il tarixində “Azərbaycan İpoteka Fondu” ASC ilə “NBCBank” ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”-ın ipoteka portfelinin bir hissəsi – 10 623 158 AZN və 311 müştəri - “NBCBank” ASC–yə ötürülmüşdür.

Bundan sonra “NBCBank” ASC Maliyyə Bazarlarına Nəzarət Palatasının 30.09.2016 tarixli qərarına əsasən lisenziyası ləğv edilmiş “Bank Standard”ın ipoteka kreditləri üzrə portfelinin ötürülmüş hissəsinin idarə olunmasını həyata keçirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanın bank sektorunun ilk banklarından olan  “NBCBank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Eyni zamanda “NBCBank” ASC 2011-ci ildən “Azərbaycan İpoteka Fondu”nun üzvüdür və minə yaxın ipoteka müştərisinə xidmət göstərir. Hal-hazırda bankın ölkə ərazisində 11 filialı və 1 şöbəsi, hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.