Azərbaycan Beynəlxalq Bankı biznes proseslərini optimallaşdırır | Banco.az

Azərbaycan Beynəlxalq Bankı biznes proseslərini optimallaşdırır

Azərbaycan Beynəlxalq Bankı (ABB) yeni inkişaf strategiyasına uyğun olaraq biznes proseslərini optimallaşdırır. Bankda sənəd dövriyyəsi işi də yeni dövrün tələblərinə uyğunlaşdırılır. Bu məqsədlə ABB-də “Office 365” proqramının tətbiqinə başlanıb. Layihə proqram təminatı bazarının liderlərindən olan “Softline” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerinə yetirilib. Proqramın tətbiqi Bank əməkdaşları arasında daha operativ kommunikasiyaya, tapşırıqların icrasına sərf olunan vaxtın və sənəd dövriyyəsi üçün tələb olunan izafi xərclərin azalmasına şərait yaradır. Lazımi elektron sənədlərə stasionar və mobil qurğular vasitəsilə çıxış imkanı verir. Beləliklə, bu yeni həll Bank əməkdaşlarının daha rahat və operativ şəraitdə çalışmasını təmin etməklə, biznes proseslərinin səmərəliliyini artırır.

Korporativ məlumatların mühafizəsi üçün layihədə ən yüksək təhlükəsizlik standartları tətbiq edilib. Layihə üzrə iş tamamlandıqdan sonra Bankın informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri üçün “Softline” tərəfindən təlimlər təşkil olunub. Xatırladaq ki, “Softline” şirkəti Azərbaycan Beynəlxalq Bankının “Microsoft Enterprise Agreement” proqramı üzrə də partnyoru olub.

Ən sərfəli kredit üçün müraciət et

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.