“Arzulara Yaxın Ol” müsabiqəsi davam edir və 3000 manat qaliblərini gözləyir! | Banco.az

“Arzulara Yaxın Ol” müsabiqəsi davam edir və 3000 manat qaliblərini gözləyir!

Bank BTB ASC-nin “Arzulara Yaxın Ol” adlı müsabiqəsi davam edir. Bu günədək xeyli sayda iştirakçı mövzuya uyğun olaraq şelfi şəkillərini xüsusi yaradılmış #ArzularaYaxınOl  albomunda yerləşdiriblər. Müsabiqənin şərtlərinə uyğun olaraq 12 oktyabr 2016 –ci ildə selfilərin yüklənməsi dayandırılacaq. 19 oktyabradək “like” qəbul ediləcək və ən çox “like” toplamış 3 iştirakçı qalib elan olunacaq.  

Xatırladaq ki, müsabiqənin hədiyyə fondu: 1-ci yer üçün 1500 AZN; 2-ci yer 1000 AZN və 3-cü yer isə 500 AZN təşkil edir.  Keyfiyyətsiz, şərtlərə və etik qaydalara, mövzuya uyğun olmayan şəkillər müsabiqədə iştirak etməyəcək. Əlavə olaraq sünni  “like” toplamış  iştirakçıların  da müsabiqədə iştirakı məhdudlaşacaq.

Ən sərfəli kredit üçün müraciət et

Müsabiqə barədə Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.