100-cü müştəri ol, hədiyyəni qazan! | Banco.az

100-cü müştəri ol, hədiyyəni qazan!

“DəmirBank” təqdim etdiyi “DəmirTaksit” kredit kartı üzrə daha bir aksiyaya başlayıb. Belə ki, 1-27 dekabr tarixləri arasında DəmirTaksit kartı ilə hər 100-cü  əməliyyatı etmiş müştəriyə  hədiyyələr veriləcək. Bakı filiallarında 100-cü əməliyyatı etmiş müştərilərə Park Cinema-dan pulsuz bilet, region fililalarında isə mobil telefon “charger” aləti veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ən sərfəli krediti almaq üçün müraciət et