“FAİZLƏR TƏTİLƏ ÇIXDI” YAY ENDİRİM KAMPANİYASI!
“BANK OF BAKU” FAİZLƏRİ ENDİRDİ:


“FAİZLƏR TƏTİLƏ ÇIXDI” YAY ENDİRİM KAMPANİYASI!
“Bank of Baku”-nun ötən ilin may ayında təsis etdiyi “Dostlar klubu”-na qoşulan 100000-сi müştəri bu gün müəyyən edilib. “Dostlar klubu”-nun 100000-ci üzvü Bakı şəhər sakini İlham Şiriyev olub. Bu münasibətlə müştərinin kartına 1000 manat məbləğində bonus yüklənib və ona korporativ hədiyyə təqdim edilib. Bonusla yüklənmiş kart bank müştərisinə “Bank of Baku”-nun “Həzi Aslanov” filialında təqdim edilib. Təqdim edilmiş bonus məbləğinin 200 manatlıq miqdarını müştəri pulsuz mobil rabitə balansına çevirə bilər. “Dostlar klubu”-nun 100000-ci üzvü Brilyant kart sahibidir.
Bank “BTB” ASC inkişaf strategiyası çərçivəsində qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirərək yeni “Neftçilər” filialını müştərilərin xidmətinə verdi. Yeni filial Nizami rayonu, R.Rüstəmov küçəsi, 25/63 ünvanında yerləşir. Filialda müştərilərə geniş çeşiddə bank məhsulu və xidmətləri təklif olunur. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri daxildir.
Kapital Bank böyük marağa səbəb olmuş “Kartlı Bazarlıq”ı növbəti dəfə keçirir. “Kartlı Bazarlıq-4” adlanan yeni kampaniya 15 iyul 2013-cü il tarixindən başlayaraq 3 ay müddətində davam edəcək.
Bu, bir uduş kampaniyasıdır.
DəmirBank-ın aktivləri 1 iyul 2013-cü il tarixinə 383 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 280,5 mln. manatı keçib.
“FINCA Azerbaijan” Baş ofis və filiallarında istifadə olunan müxtəlif növ mebellər üçün tender elan edir. Elanın sonuna əlavə edilmiş linkdən tenderdə qiymət təklifi istənilən materialların adlarının, nümunələrinın və digər məlumatların göstərildiyi sənədi yükləyə bilərsiniz.
Xahiş edirik, qiymət təklifinizi 23 İyul 2013-cu il, saat 17-30-a kimi bağlı və surquclu zərfdə (surquc olmadığı təqdirdə zərfin bağlanan hissəsini möhürləyin) “FINCA Azerbaijan”ın Baş Ofisinə təqdim edəsiniz.
Ünvan: Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza 3, 8-ci mərtəbə
AGBank yeni xidmət təklif edir
İndi bankın müştəriləri Forex bazarının iştirakçısı ola bilərlər
AGBank müştərilərinə daha bir yeni xidmət təklif edir.
15 iyul tarixindən etibarən AGBank tərəfindən müştərilərə yeni Forex xidməti təklif olunur. Artıq bankın hər bir müştərisi hesab açaraq, Forex bazarın iştirakçısı ola bilər.
Mərkəzi Bank tərəfindən həyata keçirilən faiz dərəcələrinin azaldılması imkanlarının araşdırılması proqramı çərçivəsində Bank Respublika faiz dərəcələrinin azaldılması və kreditləşdirmə (istehlak kreditləri həmçinin orta və kiçik biznes kreditləri üzrə) prosedurlarının sadələşdirilməsi üçün lazım olan tədbirlər kompleksinin müəyyən edəcək strategiyanın hazırlanmasına başladı
“Bank of Baku”-nun plastik kartları ilə nağdsız ödənişlər ən yüksək həddə çatıb. Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə may ayına aid hesabatında (http://cbar.az/standalone/nagdsz-dnilr-zr-nominasiya), “Bank of Baku” bu nominasiyada 1-ci yerdə qərarlaşıb. Mərkəzi Bankın hesabladığı əmsala görə, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox ödəniş “Bank of Baku”-nun POS-terminallarında və bankomatlarında aparılıb.