Suriyada yeni əskinaslar mərhələli şəkildə dövriyyəyə buraxılacaq | Banco.az

Suriyada yeni əskinaslar mərhələli şəkildə dövriyyəyə buraxılacaq

Müəllif:Mehin Qasımova, Banco.az

Suriya Mərkəzi Bankının rəhbəri Abdulkadir Husariyye yeni əskinasların pul islahatı çərçivəsində mərhələli şəkildə buraxılacağını və etibarlı beynəlxalq mənbələrdən çap olunacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-ya danışan Husariyya yeni əskinasların saxtakarlığa qarşı yüksək təhlükəsizlik tədbirləri ilə təchiz edilmiş iki və ya üç etibarlı beynəlxalq mənbə tərəfindən hazırlanacağını bildirib.

Husariyye qeyd edib ki, ikinci mərhələdə köhnə əskinaslar yeniləri ilə əvəz olunacaq, üçüncü mərhələdə isə bu mübadilə yalnız Suriya Mərkəzi Bankı vasitəsilə həyata keçiriləcək.

O yeni əskinasların yüksək texniki standartlara sahib olacağını vurğulayaraq, bunun milli valyutaya olan inamı artırmaq və istifadəçi hüquqlarını qorumaq məqsədi daşıdığını bildirib.