İlin əvvəlindən bu yana Unibank tərəfindən 183 ipoteka krediti verilib. Həm güzəştli, həm də adi şərtlərlə verilən kreditlərin həcmi 7,5 milyon manatdan çoxdur. Orta məbləği 41 min manat təşkil edən, kreditləri götürən şəxslərin orta yaş həddi 32 olub. Orta müddəti 24 il olan ipoteka kreditləri ilə alınan evlərin orta dəyəri, 61 min manat təşkil edib.
Unibank 800-dən artıq ipoteka krediti verib

