Avropa İttifaqı Ukraynaya növbəti maliyyə yardımı tranşlarını köçürüb.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, 3,05 milyard avro Avropa Dəstək Fondundan, əlavə 1 milyard isə Aİ-nin makromaliyyə yardımı proqramı çərçivəsində ayrılıb.
Tranşlar Ukraynanın 24 avqust Müstəqillik Gününə təsadüf edib. Qeyd edək ki, G7 tərəfindən təsdiqlənmiş proqram 2027-ci ilə qədər 50 milyard dollarlıq dəstəyin göstərilməsini nəzərdə tutur. Yardımlar Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına maliyyələşdiriləcək.
Ukraynanın maliyyə naziri Serhiy Marçenko 2025-ci ilin ortalarınadək xarici yardıma ehtiyacın 45 milyard dollar olduğunu açıqlayıb. Milli Bank rəhbəri Andrey Pişni isə ilin sonuna qədər Qərb tərəfdaşlarından 54 milyard dolların daxil olacağını bildirib.