Banco.az | Tezliklə

Ən çox müzakirə olunan sığorta şirkətləri - Avqust

Avqust ayı ərzində mediada haqqında ən çox danışılan maliyyə şirkətlərinin adı bəlli olub. 

Media Consulting & Services xidməti 2015-ci ilin avqust ayı üçün nəticələri açıqlayıb. Sığorta şirkətlərinə gəldikdə ilk beşlik aşağıdakı kimi görünür: Azər Sığorta, PAŞA Sığorta, PAŞA Həyat Sığorta, AXA MBASK və Atəşgah Sığorta şirkəti.

Azərbaycanca

Avqust ayında ən çox gündəmdə olan 5 bank

"Media Consulting and Services” agentliyinin media monitorinq qrupu sektor üzrə məlumatların ümumi sayına görə Azərbaycan banklarının ilk beşliyini açıqlayıb. Şirkətin sosial şəbəkədə yayımladığı və cari ilin 2 sentyabr tarixinə olan məlumata əsasən, reytinqə Azərbaycan Beynəlxalq Bankı liderlik edir.

Azərbaycanca

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb.

London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 1,32% və ya 0,67 dollar artaraq 51,21 dollar olub.

Azərbaycanca

Avqustda nəqliyyat vasitəsinə dəyən zərərə görə 2 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib

2015-ci avqust ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 483 sığorta tələbi üzrə 1,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.

Azərbaycanca

Kapital Bank “Standard & Poor's”-dən yüksək reytinq aldı!

Azərbaycanca

“Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi  Azərbaycanın aparıcı banklarından biri olan Kapital Bankın uzunmüddətli və qısamüddətli kredit reytinqini “BB-/B” səviyyəsində müəyyən edib, reytinqin dəyişməsi proqnozunu isə “sabit” kimi qiymətləndirib.

ABŞ fond bazarında əsas indekslər kəskin azalıb

Amerika fond bazarında Dow Jones indeksi 2,84% - 16 058,35 bəndədək, NASDAQ 2,94% - 4 636,10 bəndədək, S&P 500 2,96% - 1 913,85 bəndədək azalıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 3,03% - 6 058,54 bəndədək, Fransa CAC-40-ı 2,40% - 4 541,16 bəndədək, Almaniya DAX-ı isə 2,38% - 10 015 bəndədək azalıb.

Azərbaycanca

Avro bahalaşıb

Bu gün Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0479 manat olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »