Kanadanın Baş naziri Mark Karni ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) çərçivəsində ABŞ mallarına cavab rüsumlarının sentyabrın 1-dən qaldırılacağını açıqlayıb.
Banco.az xəbər verir ki, Mark Karni mətbuat konfransında ABŞ ilə ticarət əlaqələri ilə bağlı yenilikləri paylaşıb.
Ötən ilin sonunda ABŞ-ın qlobal orta tarif dərəcəsinin 2 faizdən bir qədər çox olduğunu xatırladan Mark Karni, bu nisbətin hazırda 16 faizə yüksəldiyini bildirib.
Bu qərarın sentyabrın 1-də qüvvəyə minəcəyini bildirən Baş nazir Kanada və ABŞ mallarının böyük əksəriyyəti üçün azad ticarətin yenidən qurulduğunu vurğuladı.
O qeyd edib ki, polad, alüminium və avtomobillərə tariflər qüvvədə qalacaq. ABŞ prezidenti Donald Trampla dünənki görüşünə də toxunan Karni, iki ölkənin strateji sektorlardakı mövcud ticarət problemlərini həll etmək və ticarət, investisiya və təhlükəsizlik sahələrində əhəmiyyətli imkanları qiymətləndirmək üçün danışıqları intensivləşdirəcəyini bildirib.