“Caspian Development Bank” cari ilin ikinci rüb maliyyə göstəricilərini açıqlayıb. “Balans hesabat”ında göstərilən məlumatlara əsasən bankın aktivləri danışılan dövrdə 120 milyon 083 min man. olub.
“Caspian Development Bank”ın kapitalı artıb


“Caspian Development Bank” cari ilin ikinci rüb maliyyə göstəricilərini açıqlayıb. “Balans hesabat”ında göstərilən məlumatlara əsasən bankın aktivləri danışılan dövrdə 120 milyon 083 min man. olub.
"Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yeni təyinat olub. "Report"un əldə etdiyi məlumata görə, Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov Nəbi Əliyevi özünə müşavir təyin edib.
26iyul 2016-cı il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2015-ci ilin maliyyə hesabatı təsdiq edilib.
"PAŞA Sığorta" ASC-nin Direktor Şurasında (DŞ) dəyişiklik olub. "Report" xəbər verir ki, İbrahim İbrahimov DŞ-ya üzv seçilib.
O, bu vəzifədə Fariz Əzizovu əvəz edib. Xatırladaq ki, F.Əzizov həm də "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədri vəzifəsini tutur.
Moody's beynəlxalq reytinq agentliyi 01 yanvar – 01 iyul 2016-cı il tarixləri arasında Bank of Baku-nun reytinqinin stabil olaraq qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə Bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edib. Açıqlamada Bankın kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib.
Azər Türk Bank bir çox premium xidmətləri özündə birləşdirən MasterCard "World Elite" ödəmə kartı ilə bağlı hazırlanmış video-çarxı təqdim edir.
Azərbaycan Mərkəzi Bankı 27 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 27-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5787 manat təşkil edir.
BancoTV hal-hazırda canlı yayıma başlayıb.
Yayımın Mövzusu "Daşınmaz Əmlak və İnvestisiyalar"dır.
Qonaqlarımız Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev və Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimlidir.
"ASB Bank" 2016-cı ilin ikinci rübünə balans hesabatını dərc etmişdir.
“Azər-Türk Bank” ASC 2016-cı ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.