Banco.az | Tezliklə

İyulun 18-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 18.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5600 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, iyulun 15-də USD/AZN rəsmi məzənnəsi 1,5581 səviyyəsində olub.

Azərbaycanca

2015-ci ilin ən varlı ölkələri

Bildiyimiz kimi, ÜDM önəmli iqtisadi göstəricilərdən biridir, adambaşına düşən ÜDM-nin yüksək olması isə həyat səviyyəsinin yüksək olmasından, ölkənin iqtisadi artımından və inkişafından xəbər verir.

Azərbaycanca

Mərkəzi Bankın səlahiyyətləri azaldılıb

Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri azaldılıb.

“Report”un məlumatına görə, bu, dövlət başçısının “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalamasından sonra mümkün olub.

Azərbaycanca

AccessBank keçirdiyi əmanət kampaniyasının müddətini uzatdı

AccessBank müştərilərin daha çox gəlir əldə etməsi üçün keçirdiyi əmanət kampaniyasının müddətini 29 iyuladək uzatdı!

Kampaniyanın şərtlərinə əsasən AccessBank manatla olan Müddətli əmanətlərin faiz dərəcələrini artıraraq 18%-ə çatdırdı. Kampaniyanın şərtləri  həm fiziki, həm də hüquqi şəxslərə  şamil olunur. 

Azərbaycanca

Bu il 56 yeni maliyyə müəssisəsi yaradılıb

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 56 yeni maliyyə müəssisəsi yaradılıb, 22 müəssisə ləğv olunub. "Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, ölkədə mövcud olan maliyyə müəssisə və təşkilatlarının sayı ilin əvvəlindən 1,9% artaraq cari il iyulun 1-nə 1 622 ədədə çatıb. Bunun da 1590 və ya 98,03%- kommersiya təşkilatları olub.

Azərbaycanca

Təmir kreditini hansı banklar təklif edir?

Gözəl yeniliklər xoşbəxtlik gətirir. Yenilənməyə evinizin içini və görünüşünü yeniləyərək başlamaq istəyirsinizsə təmir xərcləri sizi qorxutmasin.

Azərbaycanca

Nağdsız ödənişlərin artırılmasında yeni qapı: İNTEÇEYNC

İnterçeync ödənişi nədir? Kimdən və necə tutulur?

Hər hansı mağazada nağdsız ödəniş etdikdə və ya internet vasitəsi ilə nə isə sifariş etdiyimiz zaman hesabımızdakı pulumuz satıcıya bir neçə prosesdən keçərək gedir.

Azərbaycanca

Kapital Bank ABŞ – Azərbaycan Ticarət Palatasına üzv olub

Azərbaycanca

Kapital Bank beynəlxalq təşkilatlarla əməkdaşlıq layihələri çərçivəsində ABŞ – Azərbaycan Ticarət Palatasının (USACC) üzvü olub. Bu işbirliyi Kapital Bank ilə Amerika banklarının daha sıx əməkdaşlıq edəcəyinə, həmçinin ölkəyə xarici investorların cəlb edilməsinə xidmət edəcək.

​Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,48 dollar və yaxud 3,13% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,81 dollara bərabər olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »