Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi “GM Construction” MMC ilə 40 milyon manatlıq müqavilə bağlayıb.
Banco.az xəbər verir ki, müqavilədə Şuşa şəhərində D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının (1-ci mərhələ 10 ədəd bina) tikinti işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 39 700 081 AZN təşkil edir.