Banco.az | Tezliklə

​Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına sədr təyin edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının üzvü İlqar Muradov Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasına (HŞ) sədr təyin edilib. Bu barədə "Report" ADİF-nin saytına istinadən xəbər verir.

Undefined

Bağlanan dörd bankın əmanətçilərinə ödəniləcək kompensasiyanın həcmi dəqiqləşib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 mln. 714 min manat təşkil edir.

Azərbaycanca

Unibank Mobile-dan yeni imkanlar

Azərbaycanca

Unibank,  müştərilərinin istəyi ilə  mobil bankinq xidmətində xeyli yeniliklər edib.  İndi Unibank Mobile xidmətində əsas ekran  daha  rahat və xidmətlərə  seçim imkanlı olub. Unibank Mobile-dan istifadə edən hər kəs, öz smartfonunda daha çox istifadə etdiyi bank xidmətlərini seçərək, əsas ekrana yerləşdirə bilər. Azərbaycan mobil bankçılığında ilk dəfə müştəri menyu bəndlərini əsas ekranda öz istəyinə görə tənzimləyə bilər.

NIKOIL | Bank-ın əsas səhmdarı depozit portfelini artırır

Azərbaycanca

Nikolaz Şurqaianın NIKOIL | Bank-ın İdarə heyəti sədri vəzifəsinə və Fərhad Hacınski ilə Sergey Xmurinin İdarə Heyəti üzvü vəzifəsinə təyinatının ardı ilə bu həftə, NIKOIL | Bank-ın mojaritar səhmdarlarından olan “Topaz İnvestment” QSC  Bankda 20 mln. ABŞ dolları həcmində uzunmüddətli depozitin  yerləşdirilməsi haqda qərar qəbul edib. İlk 10 mln. ABŞ dolları Banka artıq mədaxil edilib, ikinci tranş isə cari ilin avqust ayının 12-nə qədər mədaxil olunması gözlənilir.

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Avqust ayının 1-də Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

Azərbaycanca

Vergilər Nazirliyinin yeni binası üçün 150 milyon manatlıq – MÜQAVİLƏ

Bina 33 mərtəbəli və hündürlüyü 169 metr olacaq.

Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycanın Vergilər Nazirliyi ilə müqavilə imzalayıb.

Azərbaycanca

Neftin qiyməti aşağı enib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,06 dollar və yaxud 2,34% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,25 dollara bərabər olub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (29.07.2016)

Azərbaycan Mərkəzi Bankı 29 iyul tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, iyulun 29-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5851 manat təşkil edir.

Azərbaycanca

“Bank Silk Way”in aktivləri azalıb

Cari ilin ikinci rüb göstəricilərini açıqlayan “Bank Silk Way”in aktivləri birinci rüb ilə müqayisədə 10 milyon 562 min man. azalaraq 364 milyon 400 min man. olub.

Onu da qeyd edək ki, bankın aktivləri 2015-ci ilin yekunu ilə müqayisədə təqribən 0,67%, 2014-cü ilin yekunu ilə müqayisədə isə 60,6% artıb.

Azərbaycanca

İyulun 29-na dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 29.07.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5851 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, iyulun 28-də USD/AZN rəsmi məzənnəsi 1,5819 səviyyəsində olub.


Azərbaycanca

Səhifələr

« first ‹ previous last »