Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin sentyabr ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 827.5 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 257.1 milyon manat (45.1%) çoxdur.
Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 570.4 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 177 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!