Azərbaycan Mərkəzi Bankı 2 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 2-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5883 manat təşkil edir.
Azərbaycan Mərkəzi Bankı 2 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 2-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5883 manat təşkil edir.
"Banco.az"ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin iyul ayı ərzində 0,67% azalaraq avqustun 1-nə 7 689,4 mln. manat təşkil edib.
Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,6 mln. manat və ya 2,28% artıb.
Banco.az AMB-yə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il avqustun 1-nə 4 162,9 mln. ABŞ dolları təşkil edib.
Rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 121 mln. dollar və ya 2,82% azalıb.
Avqustun 1-də "Azər Türk Bank" ASC-nin "Şirvan" filialının açılışı mərasimi keçirildi. Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında yerləşən filial bankın inkişaf konsepsiyasına uyğun olaraq qurulub və müasir bankçılıq texnologiyaları ilə təchiz edilib. Şirvan şəhərinin, eləcə də ərtaf bölgələrin sakinləri həftəiçi hər gün saat 09.30-dan 17.00-a qədər Azər-Türk Bankın "Şirvan" filialına gəlməklə yüksək keyfiyyətli bank xidmətlərindən yaralana bilərlər.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 02.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5883 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, avqustun 1-də USD/AZN rəsmi məzənnəsi 1,5851 səviyyəsində olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ləğv etdiyi, Azərbaycan Mərkəzi Bankı (AMB) yanında İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatı olan iki bankın ipoteka portfeli "Bank BTB" ASC-yə ötürülüb. "Report" xəbər verir ki, söhbət "Zaminbank" və "Kredobank"dan gedir.
MC&S-in media monitorinq qrupu 01-31 iyul 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
"Standard & Poor’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2016-2019-cu illərdə bir sıra iqtisadi göstəriciləri üzrə proqnozlarını açıqlayıb. "Report"un "S&P" agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycanın hesabat dövründə adambaşına milli gəlirinin müvafiq olaraq 3 900, 4 200, 4 600 və 4 900 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılıb.
Unibank Cashback xidmətini əmək haqqı, ALBALI PLUS kredit və ALBALI PLUS debet kartlarına da şamil edib.
"Standard & Poor’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli kredit reytinqi üzrə proqnozunu "stabil"dən "neqativ"ə salıb. "Report"un "S&P" agentliyinə istinadən verdiyi xəbərə görə, reytinqin yenilənməsi rüblük müşahidələrin bazasında Agentliyin proqramı əsasında həyata keçirilib.