Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-yə borclu olan fiziki və hüquqi şəxslərə müraciət edib.
Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-yə borclu olan fiziki və hüquqi şəxslərə müraciət edib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi, “Atılım Fuarcılık” və “Elan Expo” şirkətlərinin təşkilatçılığı ilə noyabrın 22-24-də “Baku Expo Center”də Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (RecExpo II) keçiriləcək.
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb.
Banco.az Trend- ə istinadən xəbər verir ki , Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,08 dollar və yaxud 2,33% ucuzlaşıb.
Banco.az "Report" -a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,28 dollara bərabər olub.
Azərbaycan Mərkəzi Bankı 11 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 11-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.6062 manat təşkil edir.
Bu ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2 239 282 054,89 manat təşkil edib.
Bu il cəmi 22 nəfər mənzil problemini ipoteka krediti vasitəsilə həll edib.
“2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsələr də, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib”.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 11.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6062 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, avqustun 10-da USD/AZN rəsmi məzənnəsi 1,6040 səviyyəsində olub.
Bu ilin ilk yarısının yekunlarına görə, Azərbaycandakı sığorta şirkətləri kreditlərin sığortalanmasına görə 3 020 manat sığorta haqqı toplayıb. "Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminəmn 145 dəfə azdır.