Azərbaycanda bankın səhmdarlarının yığıncağının vaxtı dəyişdi | Banco.az

Azərbaycanda bankın səhmdarlarının yığıncağının vaxtı dəyişdi

Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən “PAŞA Bank” ASCnin səhmdarlarının növbəti ümumi yığıncağı 30 sentyabr 2025-ci il tarixindən 02 oktyabr 2025-ci il tarixinə keçirilir.

Səhmdarlarının ümumi yığıncağı saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir. 

Gündəlikdəki məsələlər dəyişilməz olaraq qalır.

Qeyd edək ki, gündəlikdəki məsələlərə “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən, idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi daxildir.