Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün növbəti təlim keçirilib | Banco.az

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün növbəti təlim keçirilib

Mərkəzi Bank tərəfindən media nümayəndələrinin maliyyə sahəsində məlumatlılığının və peşəkar bacarıqlarının artırılması məqsədilə təlim keçirilib.

Təqdimat formasında təşkil olunan təlim “Sistem əhəmiyyətli maliyyə institutları və onların maliyyə sistemində rolu” mövzusuna həsr olunub. Təlim iştirakçılarına banklar və sığortaçılar üzrə sistem əhəmiyyətliliyin müəyyən edilməsi meyarları, eləcə də sistem əhəmiyyətlilik indeksinin hesablanması qaydasına dair ətraflı məlumat verilib. 

İnteraktiv formatda keçirilən təqdimat zamanı media nümayəndələrinin sualları da cavablandırılıb, eyni zamanda maliyyə bazarlarının inkişafına yönəldilmiş təşəbbüslər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Mərkəzi Bankın əsas hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram