Dünya bazarında neft bahalaşıb | Banco.az

Dünya bazarında neft bahalaşıb

Neft qiymətləri əvvəlki sessiyanın sonunda dörd aylıq minimuma endikdən sonra cümə axşamı səhər mülayim yüksəldi.

Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 0,38 dollar (0,58%) artaraq 65,73 dollar olub. Çərşənbə günü müqavilə 0,68 dollar (1%) azalaraq 65,35 dollar/barelə düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin noyabr fyuçersləri 0,35 dollar (0,57%) bahalaşaraq 62,13 dollar/barelə çatıb. Əvvəlki sessiyada bu müqavilələr 0,59 dollar (0,9%) ucuzlaşaraq 61,78 dollar/barel olub.

Çərşənbə günü Brent markalı neftin qiyməti iyunun 5-dən bəri ən aşağı səviyyəyə, WTI markalı neftin qiyməti isə mayın 30-dan bəri ən aşağı səviyyəyə düşüb, mətbuatda OPEC+ üzvü olan səkkiz ölkənin könüllü məhdudiyyətlərdən sürətləndirilmiş çıxışı nəzərdən keçirə biləcəyi və hasilatı üç ay ərzində sutkada 500 min barel artırmağa keçə biləcəyi barədə xəbərlər yayılıb.

OPEC Katibliyi bu məlumatı təkzib edərək bildirib ki, bu cür iddialar tamamilə həqiqətə uyğun deyil və yanlışdır. Oktyabrın 5-də hasilat kvotalarını müzakirə etmək üçün OPEC+ toplantısı keçiriləcək.