Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatlarına (ABŞ) qeyri-neft məhsullarının ixracı illik müqayisədə 64 milyon 515 min dollar və ya 2,4 dəfə azalıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında ABŞ-yə qeyri-neft ixracının dəyəri 44 milyon 586 min dollar təşkil edib.
2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 109 milyon 101 min dollar olub.
Qeyd edək ki, ilk 8 ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 2 milyard 399 milyon 460 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!