Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində iyun ayında kommersiya banklarına xalis rubl satışı 956 787 400 RUB təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin əvvəlindən əhali tərəfindən təklif edilən ən yüksək aylıq göstəricidir.