Banco.az | Tezliklə

Azad Cavadov: "Yeni uçot dərəcəsinin bazara təsirinə baxacağıq"

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 9,5%-ə çatdırsa da, bu, hələ əmanətlərin sığortalanması üçün maksimal faiz həddini (12%) artırmağa əsas vermir. Bu barədə "Report"a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.

Azərbaycanca

Azərbaycanda bankların müştəri bazası artıb

 Azərbaycanda bank müştərilərinin ümumi sayı ilin əvvəlindən 20 172 nəfər və ya 0,35% artaraq iyulun 1-nə 5 736 557 nəfərə çatıb. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə 193 617 nəfər və ya 3,49%, illik müqayisədə isə 322 875 nəfər və ya 5,96% artım baş verib.

Azərbaycanca

​Bakı Fond Birjasında yeni təyinat olub

Bakı Fond Birjası" QSC-də (BFB) yeni təyinat olub. Bu barədə "Report"a BFB-dən məlumat verib.

Məlumata görə, Birjanın ticarət və üzvlük qrupunun rəhbəri dəyişib. İndiyə qədər bu vəzifəni tutan Tələt Kalayev öz istəyi ilə işdən çıxıb. Onun yerinə BFB-nin əməkdaşı Rəxşəndə Əlili təyin edilib.

Azərbaycanca

Azərbaycan nefti bahalaşmaqda davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,6 dollar və yaxud 3,57% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,48 dollara bərabər olub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (09.08.2016)

Azərbaycan Mərkəzi Bankı 9 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 9-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6005 manat təşkil edir.

Azərbaycanca

​Neftin qiyməti 45 dolları keçib

Bu gün dünya bazarında "Brent" markalı neftin qiyməti son iki həftədə ilk dəfə 45 dollar həddini keçib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, təqribən 3 saat bundan əvvəl London əmtəə birjasında qara qızılın 1 bareli 45,05 dollara satılıb.

Azərbaycanca

Azərbaycanda bankomatların sayı artmaqda davam edir

Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 19 ədəd (+0,74%) artaraq, ilin əvvəlindən isə 102 ədəd (-3,79%) azalaraq cari il iyulun 1-nə 2 592 ATM təşkil edib.

Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib.

Azərbaycanca

Avqustun 9-na dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 09.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6005 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, avqustun 8-də USD/AZN rəsmi məzənnəsi 1,6005 səviyyəsində olub.


Azərbaycanca

Kommersiya banklarının AMB-yə öhdəlikləri azalıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan öhdəlikləri iyul ayının 1-nə 6 919,1 mln. manat təşkil edib.

Azərbaycanca

A​zərbaycanda yeni banklararası hesablaşma qaydaları təsdiq olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları”nı ləğv edib. 

“Report” xəbər verir ki, bunun əvəzində yeni qaydalar təsdiqlənib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »