NIKOIL | Bank-ınəsas səhmdarı tərəfindən depozit hesablara vəsaitlərin daxil edilməsi prosesi davam edir. Bugün də, NIKOIL | Bank-ın majoritar səhmdarlarından biri olan “Topaz İnvestisiya” QSC tərəfindən 10 mln. ABŞ dolları məbləğində növbəti tranş daxil edilmişdir. Xatırladaq ki, 10 mln. ABŞ dolları məbləğində ilk tranş cari ilin 29 iyul tarixində banka yerləşdirilmişdir. Bu məbləğdən kreditləşmənin bütün istiqamətlərdə gücləndirmək məqsədi ilə istifadəsi planlaşdırılır.
NIKOIL | Bank-ın bankın əsas səhmdarı nizamnamə kapitalını artırmaqda davam edir

