Azərbaycan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərar ilə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC müflis elan olunub.
Bu barədə Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
Azərbaycan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərar ilə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC müflis elan olunub.
Bu barədə Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "PSG Kapital İnvestisiya Şirkəti" QSC-yə əsas və yardımçı investisiya xidmətləri göstərmək üçün lisenziya verib. Bu barədə "Report"a Palatadan bildirilib.
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə görüşü keçirilib. "Report" xəbər verir ki, görüşdə bank sektorundakı hazırkı vəziyyət müzakirə edilib.
Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan 926 819,51 min kubmetr həcmində qaz ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ixrac olunan qazın dəyəri isə 141 788,93 min ABŞ dolları təşkil edib.
Danışan robot Pepper rəsmi olaraq orta məktəbə qəbul olunub.
Banco.az AzNews.az-a istinadən xəbər verir ki, robot Yaponiyanın Vaseda şəhərində Fukusima prefekturasında orta məktəblərin birində təhsil alacaq. Beləliklə, dünyada ilk dəfə kibernetik qurğu uşaqlarla birlikdə təhsilə yiyələnəcək.
“AtaBank” ASC-nin 1 may 2016-cı il tarixindən start verdiyi "NAĞDSIZ ÖDƏ NAĞD QAZAN" ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 13 650 ədəd lotereya kuponları paylanılmış və uduş kampaniyasında iştirak edən müştərilərin lotereya kuponları əsasında 8 548manat pul mükafatı qazanılmışdır.
"Sumqayıt Ərzaq-60" ASC ləğv olunduğunu elan edib. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 26/29 ünvanına bildirə bilərlər.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan 12 333 679,47 ton həcmində xam neft ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 3 555 732,40 min dollar təşkil edib.
Latviyaya məxsus "TKB Lizings" MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi,27 ünvanına bildirə bilərlər.