Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı qlobal reytinqinde 55-ci yer tutur.
Bu, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında bildirilib.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı qlobal reytinqinde 55-ci yer tutur.
Bu, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında bildirilib.
ABŞ-ın "Chemonics İnternational İnc." şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, kreditorlar 3 ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 8, mənzil 105 ünvanına bildirə bilərlər.
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) emitentin uzunmüddətli defolt reytinqini "BB" səviyyəsində, reytinq üzrə proqnozu isə "neqativ" olaraq təsdiqləyib. Agentlik Bankın dayanıqlılıq reytinqini isə "b-"-dən "f"-ə endirib.
Azərbaycan nefti bahalaşıb.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,05 dollar və ya 0,1% artaraq 49,69 dollar təşkil edib.
Mənbə: Apa.az
Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması ilə əlaqədar tenderin nəticələrini açıqlayıb.
Azərbaycan Mərkəzi Bankı 23 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, noyabrın 23-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7146 manat təşkil edir.
Bildiyiniz kimi Beynəlxalq ticarət bir ölkənin pul vahidinin başqa bir ölkənin pul vahidi qarşısındakı dəyəri vasitəsilə həyata keçirilir. Maliyyə bazarlarında investorlar bu dəyərlərdə görülən artım və ya azalma vasitəsilə əməliyyatlarını həyata keçirir və pul qazanır.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 23.11.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7146 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, noyabrın 22-də USD/AZN rəsmi məzənnəsi 1,7091 səviyyəsində olub.
Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün ölkəyə dəstək olacaq. Bu məqsədlə Avropa İttifaqı "Bakı Dəniz Ticarət Limanı" QSC- yə texniki yardım göstərəcək. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
"Məzənnənin sabitliyi uğurlu iqtisadi siyasətin göstəricisi ola bilməz. Çünki məzənnə iqtisadiyatda baş verən proseslərə, şoklara adekvat reaksiya verməlidir". Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib.