Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 11 milyard 924 milyon 971 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 404 milyon 909 min ABŞ dolları (13,4%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Aİ ölkələrindən idxal isə 1 milyard 878 milyon 274 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin ilk 8 ayına nisbətdə 96 milyon 16 min dollar və ya 5,4% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 10,5 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,8 milyard ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram