Azərbaycanda kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) sədrinin müavini Şahin Əliyev "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.
O vurğulayıb ki, I mərhələdə sistemdə istifadəçilərin vahid məlumat bazası formalaşdırılacaq və sayağaclardan daxil olan məlumatlar toplanacaq: "Bu, onun mərkəzləşdirilmiş təhlilini aparmağa imkan verəcək. Növbəti mərhələdə məlumatlar sensorlardan real vaxt rejimində daxil olacaq ki, bu da daha operativ qərar qəbul etməyə imkan verəcək".