Dünyanın ən böyük dəniz külək enerjisi şirkəti kütləvi ixtisarlara hazırlaşır | Banco.az

Dünyanın ən böyük dəniz külək enerjisi şirkəti kütləvi ixtisarlara hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük dəniz külək enerjisi şirkəti “Orsted” təxminən 2000 nəfəri işdən çıxaracağını açıqlayıb.

Banco.az xəbər verir ki, Danimarka mərkəzli şirkət yeni iş planlarını və strateji prioritetlərini açıqlayıb.

Buna əsasən, “Orsted” dənizdə yerləşən külək enerjisinə və Avropa bazarına daha çox diqqət ayıracaq.

Şirkət 2027-ci ilin sonuna qədər işçi qüvvəsinin dörddə birinə bərabər olan təxminən 2 min nəfəri işdən çıxaracağını bildirib.

“Orsted”in məlumatına görə, tətbiq ediləcək səmərəlilik tədbirlərinin 2028-ci ildən etibarən illik təxminən 2 milyard Danimarka kronu (təxminən 270 milyon avro) həcmində xərclərə qənaət təmin edəcəyi gözlənilir.

Son vaxtlar şirkət ABŞ-da yaşanan problemlər, qlobal tədarük zənciri çətinlikləri, əhəmiyyətli dərəcədə artan faiz dərəcələri və layihə gecikmələri ilə mübarizə aparırdı.

“Orsted”in ABŞ-dakı fəaliyyətləri Prezident Donald Trampın yaşıl enerji layihələrinə qarşı çıxması səbəbindən ciddi şəkildə yavaşlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram