Banco.az | Tezliklə

PAŞA Bank üçüncü dəfə Azərbaycanın ən yaxşı investisiya bankı elan olunub

Azərbaycanca

Varşavada (Polşa) “EMEA Finance” beynəlxalq maliyyə jurnalının nüfuzlu “Europe Banking Awards 2013” Mükafatının rəsmi təqdimetmə mərasimi keçirilib. “Azərbaycanın ən yaxşı investisiya bankı” nominasiyasında artıq üçüncü dəfə ölkənin aparıcı korporativ bankı – PAŞA Bank qalib olub.

ALBALI PLUS KUBOKU UĞRUNDA FUTBOL ÇEMİONATI BAŞLADI

Azərbaycanca

Unibank ALBALI PLUS  şoppinq festivalı çərçivəsində partnyorları ilə birlikdə  futbol çempionatı keçirir. Albalı plus Kuboku uğrunda  Futbol Çempionatına  bankın əməkdaşlarından ibarət komandalarla yanaşı, ALBALI PLUS (ALBALI) kartının tərəfdaşları da qatılıb.

Unibank öz partnyorlarına yalnız biznes tərəfdaşı olaraq deyil, hər zaman dost kimi yanaşıb. Bank  daim birgə  layihələr, tədbirlər keçirərək, bu dostluq münasibətlərini daha da dərinləşdirməyə çalışır.

Bank VTB-nin yeni filialı açılacaq

Azərbaycanca

Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılışı olacaq

Bankdan saytımıza verilən məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda mayın 30-da Bank VTB (Azərbaycan) ASC-nin sayca altıncı filialının açılış mərasimi keçiriləcək.

 Yeni filial "Sahil" metro stansiyasının çıxışında, Bülbül prospekti 7 ünvanında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində yerləşir.

DəmirBank əmanətçilərinə güzəştli kredit təklif edir

Azərbaycanca

DəmirBank əmanət üzrə müştərilərinə güzəştli kreditlər təklif edir. Əmanət ilə təmin olunmuş kreditin şərtlərə görə DəmirBank-da əmanəti olan müştərilər əmanət üzrə illik faiz dərəcəsinə 4% əlavə olunmaqla nağd pul krediti əldə edə bilərlər.

Misal üçün: Əgər müştəri 36 ay müddətinə Göy əmanəti üzrə Banka əmanət yerləşdiribsə, bu zaman əmanəti yerləşdirdiyi 11%-ə 4% əlavə olunur və illik faiz dərəcəsi 15% təşkil edir. Kreditin maksimal məbləği əmanətin 80% miqdarında ola bilər, 36 aylıq rəsmiləşdirmək mümkündür.

Ramin Vəliyev- Etik dəyərlərin ən yüksək qorunduğu şirkətlər məhz bank sektorunda fəaliyyət göstərir

Totem Marketinq agentliyinin  təsisçisi və direktoru Ramin Vəliyev ilə müsahibə

Ramin bəy, neçə ildir marketinq sahəsindəsiniz? Bu fəaliyyətə harada və necə başlamısınız?

Azərbaycanca

Azər-Türk Bankdan sadiq müştərilərə xoş xəbər

Azərbaycanca

Artıq Azər-Türk Bank sadiq müştərilərini Loyallıq Proqramı ilə sevindirəcək. “Platinum Klub” adlı bu proqrama əsasən 2-ci dəfə kredit götürən müştərilər istehlak kreditlərində 1% endirim qazanacaqlar. Əgər müştəri banka 3-cü dəfə müraciət edirsə, o zaman istehlak kreditlərində 1% endirim qazanmaqla yanaşı Bank komissiya ödənişlərində də endirim əldə edəcəklər. Belə ki, 2500 AZN qədər müraciət edənlər komissiya ödənişindən azad olunur.

Bolkart-dan böyük bayram nağdlaşdırması!

Azərbaycanca

Qarşıdan gələn 28 may Respublika Günü münasibəti ilə“Bank of Baku” Bolkart sahibləri  üçün yeni nağdlaşdırma kampaniyası elan edir.

Beləliklə, 22-28 may 2014-cü il tarixləri arasında Bolkart sahibləri kartlarından pul çıxara bilərlər. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Kartını nağdlaşdıran şəxslər iyulun 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 3 %-dir.

Kapital Bankdan açıqlama

Azərbaycanca

Kapital Bank Kürdəmir filialının keçmiş müdiri barədə xəbərə aydınlıq gətirdi

“Kapital Bank” ASC-nin mətbuat xidməti Bankın Kürdəmir rayon filialının keçmiş müdiri Əlimövsüm Ağayev barəsində cinayət işinin açılması haqqında Baş Prokurorluğun yaydığı xəbərə aydınlıq gətirib.

NBC Bank-dan təqaüdçülərə kredit

Azərbaycanca

NBC Bank əhalinin müxtəlif təbəqələri üçün bank xidmətlərinin çeşidlərini artırmaqdadır. Bu sıradan istehlakçılara yeni kredit məhsulu olan “Təqaüdçülərə Kredit” təqdim olunur.

Azərbaycana iki beynəlxalq mükafatı Yapı Kredi Bank Azərbaycan gətirdi.

Azərbaycanca

İngiltərədə fəaliyyət göstərən dünyaca məşhur jurnallardan biri Global Banking and Finance Review Yapı Kredi Bank Azərbaycanı “Azərbaycanın ən yaxşı Yeni Pərakəndə Bankı” və “ Azərbaycanın ən innovativ korporativ bankı” adına layiq gördü.

Səhifələr

« first ‹ previous last »