Müəllif: Gülnar Əhmədli, Banco.az
Qlobal maliyyə bazarlarında ən böyük rol oynayan qurumlardan biri də investisiya şirkətləridir. Bu şirkətlər yalnız sərmayə yönləndirməklə kifayətlənmir, həm də dünya iqtisadiyyatının gedişatına təsir edən əsas oyunçular sayılır.
Onların bazar dəyəri, maliyyə gücü və idarə etdikləri aktivlər, həm investorların etimadını, həm də beynəlxalq iqtisadi sabitliyi əks etdirir. Dünyadakı bazar dəyərinə görə ən böyük investisiya şirkətlərini bilmək maliyyə sektorundakı güc balansını anlamağa kömək edir.
Banco.az “Companies market cap”a istinadən bazar dəyərinə görə dünyanın ən böyük 10 investisiya şirkətini təqdim edir (9 oktyabr 2025 tarixinə)
Berkshire Hathaway (ABŞ) - 1,1 trilyon dollar
Prosus (Niderland) - 317,4 milyard dollar
Morgan Stanley (ABŞ) - 248,5 milyard dollar
International Holding Company (BƏƏ) - 239 milyard dollar
SoftBank (Yaponiya) - 214,3 milyard dollar
Blackstone Group (ABŞ) - 199,5 milyard dollar
BlackRock (ABŞ) - 180,4 milyard dollar
KKR & Co. (ABŞ) - 115,4 milyard dollar
Welltower (ABŞ) - 113,1 milyard dollar
Prologis (ABŞ) - 107,7 milyard dollar
Bizi sosial şəbəkələrdən izləyin!!