"Amazon" 250 min mövsümi işçi işə götürməyi planlaşdırır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Amazon" 250 min mövsümi işçi işə götürməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” 250 min mövsümi işçi işə götürməyi planlaşdırır.

Banco.az xəbər verir ki, “Amazon” bazar ertəsi günü yaydığı açıqlamada bildirib ki, təklif olunan iş yerləri tam ştatlı, yarım ştatlı və mövsümi vəzifələri əhatə edir. 

Müvəqqəti işçilərə saatda orta hesabla 19 dollar, daimi vəzifələrdə çalışanlara isə saatda orta hesabla 23 dollar ödəniş ediləcəyi qeyd olunub.

Şirkət son illərdə də eyni səviyyədə mövsümi işə qəbul həyata keçirmişdi.

İşə qəbul şirkəti “Challenger, Gray and Christmas” tərəfindən yayımlanan hesabatda bildirilir ki, pərakəndə satıcılar bu il 500 mindən az mövsümi iş yeri təklif edə bilərlər. Əvvəlki hesabatlarla müqayisədə bu göstərici 2009-cu ildən bəri ən aşağı səviyyə kimi qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram