Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcədən asılılığı ilbəil azalır. Bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxışında bildirib: "Əgər 2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4%-ə düşüb. Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir".
Azərbaycanda gələn il orta aylıq pensiya 203 manata çatdırılacaq

