ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırandan sonra Türkiyə Mərkəzi Bankının (TCMB) sabah, dekabrın 20-də keçiriləcək iclasında qəbul olunacaq qərar maliyyə bazarlarının diqqət mərkəzindədir. "Hurriyet" qəzetinə istinadən verilən xəbərə görə, maliyyə bazarları TCMB-nin uçot dərəcəsini 0,25 faiz bəndi, faiz dəhlizinin üst həddini isə 0,5 faiz bəndi artıracağını proqnozlaşdırır.
Sabah türk lirəsi ilə bağlı kritik qərar açıqlanacaq

