Qızıldan yeni rekord | Banco.az

Qızıldan yeni rekord

Müəllif:Mehin Qasımoa,Banco.az

Qızıl yeni rekordlar qırmaqda davam edir.

Banco.az xəbər verir k, Comex birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti yeni rekorda çataraq, hər troya unsiyası üçün 4150 dollara çatıb.

Bu yüksəliş ABŞ-Çin ticarət gərginliyinin yenidən artması və ABŞ-ın faiz dərəcəsinin aşağı salınması gözləntiləri ilə bağlı olub.

Qızılın qiyməti bu il 56% artaraq, keçən həftə ilk dəfə 4000 dollar həddini keçib. Geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, ABŞ-ın faiz dərəcəsinin aşağı salınacağına dair gözləntilər və güclü mərkəzi bank alışları bu artımı şərtləndirən amillər arasında olub.

Geosiyasi cəbhədə ABŞ prezidenti Donald Tramp ötən cümə günü etdiyi açıqlamalarla Çinlə ticarət gərginliyini yenidən alovlandırdı və dünyanın iki ən böyük iqtisadiyyatı arasında kövrək atəşkəsə son qoydu.

İnvestorlar oktyabrda FED-in 25 baz bəndlik faiz dərəcəsini 97%, dekabrda isə 100% azaltma şansı ilə qiymət qoyurlar.

Eyni zamanda gümüş qiymətləri bütün zamanların ən yüksək həddinə çatıb.